Onurğanın “ara həkimləri"ndə müalicəsinin dəhşətli fəsadları – Çarmıxa, ipə çəkilib dartılanlar - VİDEO

  • 2023.10.20 17:13
  • 2677 Baxış
Onurğanın “ara həkimləri"ndə müalicəsinin dəhşətli fəsadları  – Çarmıxa, ipə çəkilib dartılanlar - VİDEO

Onurğa, bel, yırtıq müalicəsində insanların çoxu əməliyyat və müalicədən yayınaraq, birinci el arasında məşhurlaşan “onurğa dartanlara” müraciət edir.

Qubada, Xaçmazda, eləcə də Bakıətrafı qəsəbələrdə evdə “kustar” üsulu ilə fəqərələri dartıb yerinə salan, guya yırtığı sağaldan türkəçarəçilər var.


Amma bu metodlar elm, tibb inkilaf etməyən, hər bölgədə xəstəxana, həkim olmayan dövrlərdə idi.

“Medicina” xəbər verir ki, uzman dr. Neyrocərrah Fəzail Kərimov belə metodların xəstələrə hansı zərərlər verəcəyini açıqlayıb.


“Ev şəraitində belə manipulyasiyaların tətbiqinə qarşıyam. Bu insanlar heç bir tibbi təhsili almayıblar. Bəs elə adamların yanına gedəndən sonra müsbət fikir söyləyənlərdə nə baş verir? Bu insanlar özləri də fərqində olmadan bizim xəstəxana şəraitində etdiyimiz fizioterapevtik prosedurları edirlər.

Traksion dediyimiz alətlər var, xəstənin ayağı və belində dartınma olur və orda sıxışan sinir açılır.

Ev şəraitində olunan bu texnikalar boyun qırılmasına, onurğa fəqərə və sümüklərin qırıqlarına səbəb ola bilər. Daha da pis vəziyyətlə qarışılaşan xəstələr sonradan bizə gəlir”.

Aygün Musayeva