Oral seksin ölümcül fəsadı – Alimlərdən xəbərdarlıq

  • 2023.05.02 21:42
  • 2126 Baxış
Oral seksin ölümcül fəsadı  – Alimlərdən xəbərdarlıq
Britaniyalı alimlər oral seksin boğaz xərçənginə tutulma riskini 8,5 dəfə artırdığını müəyyən ediblər.

“Medicina” xəbər verir ki, ağız-udlaq xərçəngi son 20 il ərzində inkişaf etmiş ölkələrdə getdikcə daha çox aşkar edilir. Alimlər əmindir ki, bu ölümcül xəstəliyin səbəbi qeyri-ənənəvi cinsi həyatdır.


ABŞ və Böyük Britaniyada orofaringeal xərçəng diaqnozu qoyulan xəstələrin sayı artmaqda davam edir. Birmingem Universitetinin Xərçəng və Genomik Elmlər İnstitutunun əməkdaşları bunun səbəbinin oral seks olduğunu sübut edib.
Bu yolla insan papillomavirus (HİV) asanlıqla ötürülə bilər.


Bir şəxs HİV-ə yoluxursa, bu onda displaziya və ya uşaqlıq boynu, penis, düz bağırsaq, qırtlaq və ya ağızın neoplaziyasına səbəb ola bilər. Kişilər və qadınlar eyni dərəcədə HİV-yə yoluxa bilərlər.

Virus cinsi yolla daha çox ötürülür. Alimlərin aşkar etdiyi kimi, oral seks vasitəsilə HİV-nin ötürülməsi riski var.

Ekspertlərin fikrincə, əgər insanın oral seks etdiyi altı və ya daha çox cinsi partnyoru varsa, o zaman ağız-udlaq xərçənginə tutulma riski 10 dəfə artır.

Günay Quluzadə