Oral yolla keçən cinsi infeksiyalar

  • 2023.06.23 22:58
  • 2763 Baxış
Oral yolla keçən cinsi infeksiyalar
Cinsi həyatı rəngarəng etmək üçün bəzən oral seksdən istifadə olunur.



“Medicina” xəbər verir ki, belə cinsi əlaqə nəticəsində xəstəlik təmas sahəsini əhatə edən toxumalara təsir göstərə bilər. Bəzi infeksiyalar ağız boşluğuna digərlərindən daha tez-tez təsir göstərir.


Ağız boşluğuna təsir edən, cinsi yolla keçən xəstəliklər herpes, xlamidiya, gonoreya və sifilisdir. Ancaq unutmayın ki, siz həmçinin hepatit A, B və C kimi xəstəliklərə, eləcə də bəzi mədə-bağırsaq infeksiyalarına tutula bilərsiniz.


hallarda ağız yaralarının əmələ gəlməsinə yoluxmuş partnyorun cinsi orqanlarından çıxan bədən mayeləri səbəb olur.
Belə mayelərin bədənə daxil olmasından sonra yerli infeksiya inkişaf edir.

Simptomlar:

• Ağrısız ağız yaraları
• Dodaqlarda herpes və ya soyuqdəymə kimi zədələnmə;

• Boğazın qızartı və ağrıları, udma çətinliyi;
• Tonzillit;

• Boğaz ağrısı əlamətlərinə bənzəyən ağ ləkələrlə qızartı;
• Ağımtıl və ya sarı axıntı.


Belə hallarda partyorun sağlamlığı haqqında məlumatlı olmaq mütləqdir. Əgər qeyd olunan simptomlar aşkar olunarsa, həkimə müraciət etmək mütləqdir.

Günay Quluzadə