Ordumuzun polkovniki ürəktutmadan vəfat etdi

  • 2022.12.06 14:04
  • 2438 Baxış
Ordumuzun polkovniki  ürəktutmadan vəfat etdi
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elşən Kərimov vəfat edib.


Medicina.az “Report”a istinadla bildirir ki, o, bu gün səhər saatlarında 49 yaşında ürəktutmasından dünyasını dəyişib.
E.Kərimov Şamaxı rayonunun Bəklə kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki E.Kərimov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, uzun müddət Azərbaycan Ordusunda xidmət edib. Bir neçə il əvvəl ehtiyata buraxılıb.