Orqanizmdə toksinlər necə yığılır? - Qaraciyər detoksu və İnteqrativ tibb

  • 2026.05.19 15:48
  • 131 Baxış
Orqanizmdə toksinlər necə yığılır? -  Qaraciyər detoksu və İnteqrativ tibb

Müasir həyat tərzi, stress, qeyri-sağlam qidalanma və ətraf mühitin çirklənməsi insan orqanizminə ciddi təsir göstərir.

Medicina.az xəbər cerir ki, gün ərzində qəbul etdiyimiz qida, hava və hətta bəzi dərmanlar orqanizmdə toksinlərin yığılmasına səbəb ola bilər. Bu toksinlərin zərərsizləşdirilməsində, yəni detoksikasiya prosesində əsas rol qaraciyərə məxsusdur.

O, orqanizmin əsas “filtr sistemi” hesab olunur;


• toksinləri zərərsizləşdirir,
• dərman qalıqlarını parçalayır,
• hormon balansında iştirak edir,
• yağ və karbohidrat mübadiləsini tənzimləyir,
• immun sistemini dəstəkləyir.

Qaraciyər həddindən artıq yükləndikdə yorğunluq, həzm problemləri və enerji azalması kimi hallar yarana bilər.


Orqanizmdə toksinlər nədən yaranır?


Müasir həyat şəraiti toksik yükün artmasına səbəb olur. Ən çox rast gəlinən səbəblər bunlardır:


• fast-food və işlənmiş qidalar,
• şəkər və trans yağların həddindən artıq qəbulu,
• stress və yuxusuzluq,
• siqaret və alkoqol,
• hava çirkliliyi,
• dərman preparatlarının uzunmüddətli istifadəsi,
• fiziki passivlik.


İnteqrativ tibbdə bu faktorların birlikdə qiymətləndirilməsi vacib hesab olunur. Çünki uzunmüddətli toksik yük xroniki sağlamlıq problemlərinə səbəb ola bilər.

Qaraciyər toksinləri iki mərhələdə zərərsizləşdirir:


1. Toksinlərin parçalanması
Bu mərhələdə toksik maddələr xüsusi fermentlər vasitəsilə parçalanır.
2. Toksinlərin xaric olunması


Parçalanmış maddələr daha sonra sidik, öd və bağırsaq vasitəsilə orqanizmdən xaric edilir.
Bu proseslərin düzgün işləməsi üçün orqanizmin vitamin, mineral və antioksidantlara ehtiyacı var.
Qaraciyəri dəstəkləyən faydalı qidalar
İnteqrativ tibbdə təbii və balanslı qidalanma detoks prosesinin əsas hissəsi hesab olunur.
Brokkoli və kələm- detoks fermentlərini aktivləşdirərək qaraciyərin fəaliyyətini dəstəkləyir.
Yaşıl çay - güclü antioksidantdır, sərbəst radikalları azaltmağa kömək edir.


Nar və giləmeyvələr -orqanizmin təmizlənməsini dəstəkləyən faydalı antioksidantlarla zəngindir.
Sarımsaq və soğan - tərkibindəki kükürd birləşmələri qaraciyərin detoks prosesinə dəstək verir.


Zeytun yağı və Omega-3 - iltihabı azaltmağa və qaraciyər hüceyrələrini qorumağa kömək edir.


Detoks prosesinin normal getməsi üçün aşağıdakı nutrientlər vacibdir:

• B qrupu, C və E vitamini,
• sink, maqnezium, selen, antioksidantlar.
Bu maddələr qaraciyərin ferment sistemini dəstəkləyərək toksinlərin zərərsizləşdirilməsinə kömək edir.

Qaraciyərin funksional yüklənməsi zamanı aşağıdakı əlamətlər müşahidə oluna bilər:

• daimi yorğunluq,
• şişkinlik və həzm problemləri,
• baş ağrıları,
• dəri problemləri,
• konsentrasiya zəifliyi,
• yuxu pozulmaları.


İnteqrativ tibbdə qaraciyər dəstəyi


Müasir inteqrativ tibbdə qaraciyərin sağlamlığına kompleks yanaşma tətbiq olunur. Bu yanaşmada düzgün qidalanma, həyat tərzi dəyişiklikləri, antioksidant dəstəyi və biotənzimləyici preparatlar birlikdə istifadə edilir.


Qaraciyərin detoks funksiyasını dəstəkləmək məqsədilə istifadə olunan vasitələrdən biri də Hepar compositum preparatıdır. İnteqrativ və bioloji təbabətdə bu preparat qaraciyərin metabolik fəaliyyətini, detoks proseslərini və öd axınını dəstəkləməyə yönəlmiş kompleks yanaşmanın bir hissəsi kimi istifadə olunur.

Xüsusilə də qeyri-sağlam qidalanma, stress, dərman yükü, xroniki yorğunluq, həzm pozuntuları və metabolik yüklənmə zamanı qaraciyərin funksional dəstəyi üçün tövsiyə oluna bilər.
İnteqrativ tibbin əsas məqsədi yalnız simptomları azaltmaq deyil, orqanizmin özünü bərpa və tənzimləmə mexanizmlərini dəstəkləməkdir.

Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89 https://btk.az