Orqanizmdə vitamin çatışmazlığının əlamətləri - Qarşısının alınması

  • 2026.06.29 13:11
  • 659 Baxış
Orqanizmdə vitamin çatışmazlığının əlamətləri -   Qarşısının alınması

Sağlam qidalanma orqanizmin ehtiyac duyduğu bütün qida maddələrinin – zülal, karbohidrat, yağ, vitamin və mineralların kifayət qədər qəbul edilməsidir. Bu, normal böyümə, inkişaf və sağlamlığın qorunması üçün vacibdir. Bu qida maddələrinin çatışmazlığı müxtəlif simptomlarla özünü göstərir.

Medicina.az viitamin çatışmazlığının əlamətlərini təqdim edir:

• Yorğunluq və halsızlıq.
• İştahanın azalması.
• Boy və çəki artımının ləngiməsi (uşaqlarda).
• Dərinin və saçların sağlamlığının pisləşməsi.
• Tez-tez xəstələnmə.

Qarşısını necə almaq olar?

• Balanslı və müxtəlif qidalanmaq.
• Mövsümi meyvə və tərəvəzlərdən istifadə etmək.
• Lazım gəldikdə vitamin preparatlarını yalnız həkim məsləhəti ilə qəbul etmək.
• Mütəmadi tibbi müayinələrdən keçmək.

Sağlam qidalanma xəstəliklərin qarşısının alınmasında, immun sisteminin gücləndirilməsində və uşaqlarla böyüklərin normal inkişafında mühüm rol oynayır. Balanslı qidalanma vitamin çatışmazlığı riskini əhəmiyyətli dərəcədə azaldır.
.

Aygün
Medicina.az