Öskürəyin dərmanı - Zəncəfil, limon, sarımsaq…

  • 2023.04.07 09:30
  • 1983 Baxış
Öskürəyin dərmanı -  Zəncəfil, limon, sarımsaq…
Limon, zəncəfil və sarımsağın faydaları saymaqla bitmir. Bu qidaların birləşməsi həm arıqlamağa, həm də xəstəliklərin sağalmasında mühüm rol oynayır.


Bakupost.az limon, zəncəfil və sarımsaq qarışığının faydalarını təqdim edir.

Zəncəfil, limon və sarımsaq müalicəsi sağlam həyat sürmək istəyənlər üçün çox faydalıdır.

Bu birləşmə maddələr mübadiləsini sürətləndirdiyi üçün arıqlamğa kömək edir. İnsanı uzun müddət tox saxlayır. Pəhriz siyahılarınızda ilk sıraya yaza bilərsiniz.


Qarışım həmçinin, mədə və bağırsaqların sağlamlığını qorumağa kömək edir. Şişkinlik problemlərinə yaxşı təsir edir.
İmmunitet sistemini gücləndirir.
Ağız və diş sağlamlığını qorumağa kömək edir.
Qan şəkərini normada saxlayır.
Stressi azaldır.
Qış xəstəliklərinə qarşı yaxşı təsir göstərir və öskürəyi kəsir.
İstifadə olunanlar: 5 böyük limon, 5-6 diş sarımsaq, 2-3 sm zəncəfil, 2 litr qaynar su, 1 çay qaşığı bal.


Hazırlanması:

Limonların suyunu sıxın. Pulpa və qabıqları atmayın. Sarımsağı və zəncəfili əzin. Sonra limon suyu, sarımsaq və zəncəfili bir qaba qoyub qarışdırın.

Qazana iki litr su tökün, limon qabığını və pulpasını 10 dəqiqə qaynadın.

Su qaynayanda içinə limon suyu, sarımsaq və zəncəfilli birləşməni əlavə edib qarışdırmağa davam edin. 10 dəqiqə qaynadıqdan sonra qapağını bağlayıb soyumasını gözləyin.

Bu qarışımı səhər və ya axşam acqarına için. Bundan sonra yemək yeməyin. 1 ay ərzində mütamadi olaraq istifadə edilərsə, çəkinizə böyük təsir göstərəcək.