Oturaq işdə çalışanlar necə arıqlamalıdır?

  • 2023.05.25 15:53
  • 1386 Baxış
Oturaq işdə çalışanlar necə arıqlamalıdır?
Ofisdə, bankda və digər oturaq işdə çalışan insanlar adətən, kökəlməyə meyilli olur. Oturaq rejim səbəbindən onlar üçün arıqlamaq asan deyil, amma mümkündür.

“Medicina” xəbər verir ki, həkim – endokrinoloq Yuliya Pautovanın sözlərinə görə, birdən-birə çəki atmaq üçün ilk öncə güclü məşqə yox, təmiz havada gəzintilərə başlaya bilərsiniz.


“İşdən əvvəl və sonra daha çox hərəkət edin. Liftə minmək əvəzinə pilləkənlərlə yuxarı qalxın.

Məsələn, ictimai nəqliyyatdan istifadə edirsinizsə, gedəcəyiniz yerdən aralı enib piyada gedə bilərsiniz. Səhər və axşam nəfəs məşqləri edin.


Çoxları arıqlamaq prosesində oksigenin nə qədər vacib olduğunu bilmir. Fasiləsiz bir saat gəzmək nəticəsində alınan oksigen yağı yandırır.

Əgər idman zalına gedəcəksinizsə, probleminizə ciddi yanaşacaq səriştəli məşqçi tapmaq vacibdir. Ən uyğun seçim normal tempdə uzun bir gəzinti və nəfəs məşqləridir”.

Aynurə Məmmədova