Özəl klinikalarda koronavirus testlərinin qiymətləri endirilə bilər? AÇIQLAMA

  • 2020.10.16 12:45
  • 2872 Baxış
Özəl klinikalarda koronavirus testlərinin qiymətləri endirilə bilər?  AÇIQLAMA

“Biz özəl klinikalara koronavirusa görə testlərin qiymətinin aşağı salınması üçün tövsiyə verə bilmərik”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, TƏBİB yalnız tabeliyindəki tibb müəssislərini idarə edir:

“TƏBİB-in nəzdində olan bütün tibb müəssisələrində koronavirusa görə testlər dövlət hesabına ödənişsiz aparılır. Təbii ki, bəlli qruplar testdən keçirilir. TƏBİB-in özəl klinikalarda testlərin aparılmasına heç bir aidiyyəti yoxdur. Biz buna nə qadağa qoyuruq, nə də qiymətini müəyyən edirik”.