Ozonoterapiya: bir prosedur, çox fayda

  • 2026.05.18 15:42
  • 120 Baxış
Ozonoterapiya:  bir prosedur, çox fayda

İldə cəmi 2 dəfə ozonoterapiya edərək özünüzü daha enerjili, daha gümrah və yenilənmiş hiss edə biləcəyinizi bilirdinizmi?

Sürətli həyat tempi, stress, yuxusuzluq, qeyri-düzgün qidalanma və gündəlik yorğunluq zamanla orqanizmin zəifləməsinə səbəb olur.

Medicina.az xəbər verir ki, bir çox insan gün ərzində özünü halsız hiss edir, diqqət dağınıqlığı yaşayır və əvvəlki enerjisini itirdiyini düşünür. Məhz belə hallarda orqanizmin əlavə dəstəyə ehtiyacı yaranır.

Son illərdə həm dünyada, həm də ölkəmizdə geniş maraq görən ozonoterapiya bədənin oksigenlə təminatını dəstəkləyən, ümumi sağlamlıq və gümrahlıq hissinin artırılmasına kömək edən müasir prosedurdur. İmmunitetin gücləndirilməsindən tutmuş dəriyə qulluq və bərpa proqramlarınadək bir çox sahədə tətbiq edilən ozonoterapiya sağlam həyat tərzinə önəm verən insanların ən çox seçdiyi prosedurlardandır. Bir prosedurla həm yenilənmə hissi yaşamaq, həm də orqanizminizə dəstək olmaq istəyirsinizsə, ozonoterapiya sizin üçün uyğun seçim ola bilər.

Ozonoterapiya — tibbi ozon qazının xüsusi üsullarla orqanizmə tətbiq edilməsidir. Məqsəd bədənin oksigenlə təminatını dəstəkləmək, ümumi vəziyyəti yaxşılaşdırmaq və yenilənmə prosesinə kömək etməkdir.



Ozonoterapiya müxtəlif sahələrdə dəstəkçi prosedur kimi tətbiq oluna bilər:


İmmunitetin gücləndirilməsi
Xroniki yorğunluq və halsızlıq halları
Qan dövranı problemləri
Dəri və kosmetoloji prosedurlar
Saç tökülməsinə qarşı dəstək proqramları
Oynaq və əzələ ağrılarında əlavə dəstək
İdman sonrası bərpa prosesləri
Stress və gərginliyin azalmasına dəstək
Bədənin ümumi yenilənmə və detoks proqramları
Ozonoterapiya
Bədənin oksigenlə təminatına
Enerji və gümrahlıq hissinin artmasına
Qan dövranının yaxşılaşmasına
Ümumi sağlamlıq və yaşam keyfiyyətinin qorunmasına kömək edir

Prosedur müxtəlif üsullarla tətbiq oluna bilər və hər pasiyent üçün uyğun metod həkim tərəfindən müəyyən edilir.
Ətraflı məlumat üçün:
(012 / 050 / 055 / 070) 430 89 89