Özünü Tural həkim kimi tanıdıb, xəstələri aldadan Şümal – Özəl klinikaların saxta həkimləri

  • 2024.02.06 18:37
  • 3825 Baxış
Özünü Tural həkim kimi tanıdıb, xəstələri aldadan Şümal  – Özəl klinikaların saxta həkimləri
Xaricdə təhsil aldığı, kurs keçdiyini iddia edən və özəl klinikalarda yer kirayələyib tibbi xidmət göstərənlərin sayı getdikcə artır. Belə "həkim"lər daha çox kosmetologiya, estetik əməliyyatlar, kök hüceyrə, liposaksiya və stomatologiya üzrə xidmətlər təklif edirlər.

“Medicina” xəbər verir ki, bu günlərdə belə "həkim"lərdən biri ifşa olunub. Həmin şəxs KİV və sosial şəbəkələrdə özünü Tural Həbibov kimi təqdim edən "estetik kosmetoloq"dur.

Əsl adı Şümal Həbibov olan "kosmetoloq"un heç bir ali tibbi təhsili olmadığı bildirilir. Qeyd olunur ki, onun diplomları Dağıstanda hansısa məktəbə aiddir.

2 ildən artıqdır elə də məşhur olmayan kiçik özəl klinikalarda liposaksiya əməliyyatları icra edən Tural Həbibovun (Şümal Həbibov) qurbanları da az deyil.

Hətta onun nişanlısı Nuray Aydınlı da heç bir sertifikat və tibb diplomu olmadan üz və bədəndə inyeksion prosedurlar edir və cütlük eyni klinikalarda birgə çalışır.

Dəfələrlə bu ikilidən şikayətlər edilsə də, hələ ki ciddi tədbir görülməyib. Onlar sadəcə iş yerlərini dəyişməklə, sosial şəbəkə üzərindən yeni pasiyentləri cəlb edə biliblər.

Cütlüyün sonuncu dəfə “Qaragöz” adlı özəl tibb müəssisəsindən işdən çıxarıldığı bildirilir.

Aynur M