Pandemiya 2022-ci ilin yayında bitəcək - Məşhur epidemioloq

  • 2020.10.12 15:46
  • 1690 Baxış
Pandemiya 2022-ci ilin yayında bitəcək  -  Məşhur epidemioloq

Bəşəriyyətin koronavirusa qalib gəlmə şansı nə qədərdir, pandemiyanın sonu olacaqmı kimi suallara cavab verən rusiyalı epidemioloq Mixail Favorov maraqlı açıqlamalar edib.

Medicina.az xəbər verir ki, o ikinci dalğanın pikinin dekabrda olağını deyib.

Xatırladım ki, ispanka pandemiyası da 1918-ci ildə başlasa da, ən böyük piki 1919-cu ildə olmuşdu.
Xəstəliyə qalib gəlməkdə prinsipial məsələ virusun yüküdür. Çalışmaq lazımdır ki, az dozada virusla yoluxaq. Bunu necə edək? Ancaq yaxşı maska, insanlardan uzaq durmaq, qripli adamdan nəinki 2 metr, hətta 100 metr qaçmaq, əlləri yumaq.


Milyonlarla insanın xəstələndiyi pandemiya tamam başqa, fərqli vəziyyətdir. Burda sosial məsafə və məsuliyyət vacibdir. 2021-ci ili tamamilə maskada keçirməliyik, sonra baxarıq. 2022-ci ildə vaksinasiya olsa, maskaları çıxararıq.


Beləliklə, alim ən çoxu 2022-ci ilə kimi koronavirusla mübarizədə olacağımızı qeyd edib.