Pandemiyanın beşinci, altıncı dalğaları da olacaq- Azərbaycanlı infeksionist

  • 31 İyl 2021 17:44
  • 766 Baxış
Pandemiyanın beşinci, altıncı dalğaları da olacaq - Azərbaycanlı infeksionist


Koronavirusun IV dalğası çox kiçik olacaq.

Bunu ABR24-ün "Nə baş verir?" verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib.

Ümumiyyətlə, pandemiya şəklində davam edən bütün infeksion xəstəliklərin özünəməxsus üç böyük dalğası olur. İkinci böyük, üçüncü orta dalğa olur.


Bundan sonra da kiçik dalğalar onu müşahidə edir. Hesab edirəm ki, hazırda dördüncü dalğadırsa, bu, kiçik olacaq. Onun çox kəskin dalğa olacağını düşünmürəm. Çünki əhalinin peyvəndlənməsi prosesi aparılır. Şübhəsiz insanlar qorxudan peyvəndlənməyə gedəcək. Bundan sonra da V və VI dalğalar da olacaq.

Pandemiyanın yaxın vaxtlarda bitəcəyini düşünmürəm. Çünki pandemiyanı endemiya şəklində görməyincə onun bitdiyini deyə bilmərik", - deyə o bildirib.