Panik atak öldürür? - Nevroloqdan cavab

  • 2025.12.10 22:54
  • 55 Baxış
Panik atak öldürür? -  Nevroloqdan cavab

Panik atak öldürmür, lakin süründürür.

Medicina.az xəbər verir ki, bunu nevroloq Jalə Qarayeva deyib.

Onun sözlərinə görə, panik atak qəfil başlayır, insanı təşviş, həyəcan, qorxu içində saxlayır:

"Heç bir qorxu olmadığı halda pasiyent boğulacaqmış, özünü itirəcəkmiş kimi hiss edir. Udqunmada çətinlik, təzyiqin tüksəlməsi, döş qəfəsində ağrı, tərləmə, üşütmə, ürək bulanma, mədədə sancı, ətrafın real gəlməməsi, bayılma, ölüm qorxusu kimi hallar baş verə bilər. Əgər bu kimi simptomlar varsa, vaxtında həkimə müraciət edin".

Aygün
Medicina.az