Papa XVI Benediktin səhhəti kəskin pisləşdi

  • 2022.12.28 13:59
  • 1864 Baxış
Papa XVI Benediktin səhhəti  kəskin pisləşdi
Roma Papası Fransisk sələfi Papa XVI Benediktin "çox xəstə" olduğunu söyləyib və o, insanlardan XVI Benedikt üçün dua etmələrini xahiş edib.

Medicina.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Roma Papası Fransisk sadiqləri qarşısında çıxışının sonunda deyib.


"Hamınızdan Papa Benedikt üçün xüsusi dua xahiş etmək istərdim. Xatırladıram ki, o, çox xəstədir", - Roma Papası bildirib.

Roma Papası Fransisk 2013-cü ilin fevralında pontifiklikdən istefa verən, 600 ildən sonra təqaüdə çıxan ilk katolik kilsəsinin rəhbəri kimi tarixə düşən XVI Benediktin vəziyyəti barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, 95 yaşlı Benedikt Vatikan ərazisindəki monastırda yaşayır. Bildirilir ki, o, papalıqdan sonrakı həyatını dua və meditasiyaya həsr etdiyi üçün son illərdə getdikcə zəifləyib.