Parasetamol təzyiqi yüksəldir - Bu xəstələr ehtiyatlı olsun

  • 2022.02.14 16:32
  • 5516 Baxış
Parasetamol təzyiqi yüksəldir -  Bu xəstələr ehtiyatlı olsun
Hipertoniya xəstələri parasetamol dərmanını ehtiyatla içməlidir.

Kovid zamanı yaşlı xəstə insanların bəzən 4-5 gün ardıcıl gündə 2 dəfə bu dərmanı qəbul etməsi onlarda başqa fəsadlar yarada bilər.


Medicina.az xəbər verir ki, Amerika Kardioloji Assosiasiyası parasetamolun tərkib maddəsi olan asetaminofenin həqiqətən də ürək-damar xəstələrində təzyiqi bir qədər qaldırdığını açıqlayıb.

110 nəfər üzərində klinik tədqiqatlar da göstərib ki, müntəzəm olaraq 1 həftə parasetamol qəbulu

Sistolik qan təzyiqini 5 mm civə sütunu qaldırır.

Bu da öz növbəsində həmin insanlarda ürək-damar xəstəlikləri riskini artırır. Yəni təzyiq yüksələrsə, insan infarkt və insulta yaxın olur.


Ona görə də kardioloqlar parasetamolun təhlükəsizliyini şübhə altına alır və həkimlərə xəstələri xəbərdar etməyi tövsiyə edir.