Parasetamolun satışı qadağan edilə bilər

  • 2022.09.14 13:52
  • 1940 Baxış
Parasetamolun satışı qadağan edilə bilər
Qambiyada parasetamolun uşaq ölümlərinə səbəb olduğu sübut olunub.


Medicina xəbər verir ki, bu ölkənin Səhiyyə Xidmətlərinin direktoru Mustapha Bittaye məsələ ilə bağlı yazılı açıqlama verib:

"Səhiyyə Nazirliyi ölkədə uşaq ölümlərinin səbəblərini araşdırmaqda davam edir. Böyrək çatışmazlığı səbəbilə baş verən ölümlərlə bağlı davam edən təhqiqat çərçivəsində belə qənaətə gəlinib ki, mümkün səbəblər koli bakteriyası və parasetamol siropunun zəhərli olmasıdır”.
O, dərmanın alternativlərindən istifadə etməyi məsləhət görüb.

Qeyd edək ki, son aylarda Qambiyada ən azı 28 uşaq yerli istehsal olan parasetamol siropundan istifadə etdikdən 3-5 gün sonra ölüb.


Aygün Musayeva