Payızda koronavirusa yoluxmamaq üçün nə etməli? – Azərbaycanlı həkimdən real MƏSLƏHƏTLƏR

  • 2020.09.14 18:06
  • 7241 Baxış
 Payızda koronavirusa yoluxmamaq üçün nə etməli?   –  Azərbaycanlı həkimdən real MƏSLƏHƏTLƏR

Artıq koronavirus infeksiyasının necə gözlənilməz, amansız olduğunu bilirik. Birinci dalğada virus bizi qəfil yaxaladı və biz heç bir profilaktik tədbir görə bilmədik. İndi isə bir çox həkimlər artıq hansı tədbirlərin effektiv olacağını dəqiqləşdirib.


Medicina.az xəbər verir ki, Azərbaycanlı nevroloq, bu vaxta kimi 50 ə yaxın koronavirus xəstəsini öz metodu ilə sağaltmış həkim Mirzə Qaraşov payızda virusdan qorunmaq üçün indidən edəcəyimiz tədbirləri açıqlayıb. Həkim konkret olaraq metod və dərmanları təklif edir.


“Birincisi lazeroterapiya ola bilər. Ümumi stimuləedici seanslarla onurğa sütunu, böyrəklər, qaraciyər, mədə-bağırsaq sistemi işlənilir. Xüsusən ağciyərləri infeksiyaya qarşı hazırlayır.


Artıq koronavirusu keçirmiş və pnevmoniya olmuş xəstələr də reabilitasiya üçün lokar olaraq ağciyər sahəsinə bu seansları qəbul edə bilərlər.

Eləcə də bu metoddan idmançıların istifadə etməsi də məqsədəuyğundur.

2. Mənim istifadə etdiyim, effektinə əmin olduğum bir sıra HELL – Almaniya istehsalı preparatlardan istifadə.
Bunlardan:
- Sol.Engystoli N5 – günaşırı dərialtına vurulur. Bu virus əleyhinə preparat olub qeyri-spesifik immuniteti gücləndirir
-
- Euphorium sprey – gündə 3 dəfə burun dəliklərinə - burunu virusa qarşı səfərbər edir, infeksiyanın burun-udlaqdan keçməsinin qarşısını alır. Eyni zamanda haymorit və sinusitlərə qarşıdır.

- sol. Berberis Homaccord – gündə 3 dəfə dil altına 10 damcı. Böyrək və qaraciyərin drenajını aparır, böyrəküstü vəzilərin funksiyasını yaxşılaşdırır. Tez-tez xəstələnən uşaqlara tövsiyə edilir.

- Traumell tableti – gündə 3 dəfə dil altına. İltihab əleyhinə preparat olub həm antikoaqulyant, həm də damar divarını möhkəmləndirir. Yüngül immunmodulyator kimi təsir edir.

Bu preparatlardan istifadənin üstünlüyü odur ki, istənilən yaş dövründə tətbiq edilir, tam təhlükəszidir. Orqanizmi yükləmir.

Bu vaxta qədər tövsiyəmlə Hell preparatları ilə profilaktika aparan insanlar xəstəliyi yüngül keçiriblər. Əgər vaxtında bu preparat və metodlardan istifadə etsəniz, ikinci payız dağlasında yoluxma riskiniz aradan qalxar”.
Həkimin müalicə metodlarından istifadə etmək üçün müraciət edə bilərsiniz




Aygün Musayeva
Medicina.az


Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.