Bakıda ən çox yoluxma bu rayonlarda olub

  • 2021.04.19 10:31
  • 1376 Baxış
Bakıda ən çox yoluxma bu rayonlarda olub
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Medicina.az "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.


Belə ki, bu rayonda koronavirusa yoluxma 14.8 faiz, Xətaidə 13.4 faiz, Yasamalda 12.4 faiz, Sabunçuda 10.9 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.1 faiz, Nəsimidə 8.0 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 7.0 faiz, Səbaildə 5.1 faiz, Qaradağda 4.6 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.