Mütəxəssislər pəhriz saxlayarkən arıqlamağın qarşısını alan sadə səhvləri açıqlayıblar.
ÇOX AZ QİDALANMA:
Gündəlik kalori qəbulu çox azdırsa, bədən müdafiə rejiminə keçir və enerjiyə qənaət etməklə arıqlamağın qarşısını alır.
ÇOX AZ ZÜLAL QƏBULU:
Zülal toxluq hissi verir. Zülal qəbul etmədiyiniz zaman daha tez acırsınız.
ÇOX AZ LİF QƏBULU:
Liflə zəngin qidalar aclığın qarşısını alır və daha az yeməyə imkan verir.
BAŞQALARININ BOŞQABINDAN YEMƏK:
Başqasının boşqabından götürdüyünüz ən az miqdarda yemək belə kalori sayınızın səhv getməsinə səbəb olacaq.
YÜKSƏK KALORİLİ İÇKİLƏRİN QƏBULU:
Meyvə suyu, südlü qəhvə və ya qazlı içkilər yüksək miqdarda kalori ehtiva edir.
QAÇIŞ ZOLAĞINDA QAÇMAQ, AMMA AĞIRLIQ QALDIRMAMAQ:
Ağırlıq qaldırmaq əzələləri gücləndirir və maddələr mübadiləsini sürətləndirir.
HƏFTƏ ƏRZİNDƏ PƏHRİZ, HƏFTƏ SONU İSƏ HƏDDİNDƏN ÇOX YEMƏK:
"Həftəsonu fırıldaqçı yeməyi" həftə ərzində etdiyiniz bütün pəhrizləri ləğv edir.
SƏHV VAXTLARDA QİDALANMAQ:
Səhər yeməyini buraxmaq gün ərzində daha yüksək kalorili qidalara can atmanıza səbəb olur.
BÖYÜK PORSİYALAR YEMƏK:
Böyük porsiyalar kalori qəbulunu artırır.
KİFAYƏT QƏDƏR YUXU ALMAMAQ:
Yuxunun olmaması aclıq hormonlarını artırar və bu da çəki artımına səbəb olur.
BAĞIRSAĞI QİDALANDIRMAMAQ:
Bağırsaq mikroorqanizmlərindəki tarazlığın pozulması çəki artımına səbəb olur.
Aygün
Medicina.az