Qidaya allergiyanız olduğunu göstərən əlamətlər –Arıqlaya bilməyənlər, DİQQƏT

  • 2019.10.23 20:26
  • 19980 Baxış
Qidaya allergiyanız olduğunu göstərən əlamətlər – Arıqlaya bilməyənlər, DİQQƏT

Qidaya allergiya dedikdə, bir çoxları səpmə, qaşınma, dərhal reaksiya, hətta Kvinke ödemi kimi dəhşətli əlamətləri düşünür və gözləyir. Əslində isə qidaya allergiya bu əlamətlərsiz, sakit və digər simptomlarla keçə bilər. Hətta bu əlamətlərlə insan başqa xəstəlikdən şübhələnib, başqa həkimlərə gedir.

 


Medicina.az qidaya allergiyanızın olduğunu göstərən 5 ağlagəlməz əlaməti təqdim edir:

 


1.Arıqlaya bilməmək


Əgər dieta, idman, çaylarla arıqlaaya bilmirsizsə və səbəbi tapılmırsa, çəkiniz bir qram da dəyişmirsə, deməli, yediyiniz bir qrup və tərkib qidaya allergiyanız var. Bu orqanizmə iltihab prosesi verir, həzm sisteminin düzgün işinə mane olur.


2.Üzdə akne, səpkilər


Bunu dəri xəstəliyi, hormonlar, streslə bağlayırıq. Amma onları allergiya da yarada bilər. Ən çox akne yaradan səbəb süd və süd məhsullarına allergiyadır. Son zamanlar qəfildən kürəyiniz, üzünüz, sinə səpirsə və nə etsəniz də getmirsə, rasiondan südü, kəsmiyi və hansısa yoqurtu çıxarın. Sonra müşahidə edin, səpkilər itəcəkmi?

 

 


3.Depressiya


Beyində gedən kimyəvi disbalans, sinir pozulmaları və həyatdakı problemlərə görə yaranır. Lakin uzun müddət depressiyada olmaq qida allergiyası səbəbindən də ola bilər. Bunu tapmaq lazımdır. Həmin qidanı çıxaran kimi emosional vəziyyətiniz düzələcək


4.Baş gicəllənmə, diqqət yayqınlığı


Zehnin dumanlanması, sanki ətrafı dumanlı görmək, baş hərlənmə, yaddaş, diqqət pozulması, gec düşünmək – bunlar da qidaların allergik təsirindən ola bilər. Alimlər hesab edir ki, daha çox araxis, süd məhsulları, şəkər əvəzləyicilər, aspartam verə bilər. 


5.Çox yorğunluq


Stress, işlərin çoxluğuna bağlayırıq, amma burda da səbəbkar bir –iki qida ola bilər. 

Allergen qida orqanizmdə iltihabi prosesləri yaradır, orqanizmin bütün gücü onunla mübarizəyə gedir. 


Ona görə insan yorulur, enerjisiz olur.


Özünüzü analiz edin:


1-2 gün ancaq su və ya bir qida yeyin. Baxın vəziyyətiniz dəyişirmi. Hansı yeməkləri, qidaları yedikdən sonra bu əlamətlər kəskinləşir? Sizə allergiya verən qidaları menyudan çıxarın. O zaman çox xəstəliklərinizin, problemlərinizin aradan qalxdığını görəcəksiz

 


Qidaya allergiyanız olduğunu göstərən əlamətlər – Arıqlaya bilməyənlər, DİQQƏT
Qidaya allergiyanız olduğunu göstərən əlamətlər – Arıqlaya bilməyənlər, DİQQƏT