Perinatal mərkəzin keçmiş direktoru xəstəxanaya aparılıb

  • 2026.06.03 15:43
  • 73 Baxış
Perinatal mərkəzin keçmiş direktoru   xəstəxanaya aparılıb


Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.


Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barəsində bəraət çıxarılmasını xahiş edib.

Daha sonra, Mehriban Abasquliyeva isə bu gün üçün son söz deməyə hazır olmadığını deyib. Amma hakim bu işə kifayət qədər vaxt ayrıldığını əsas gətirərək ona son sözə hazırlaşmaq üçün 14:00-a kimi vaxt verib.
Vəkil bildirib ki, Mehriban Abasquliyevanın səhhətində problem yaranıb və o, xəstəxanaya yerləşdirilib.

Hakim bildirib ki, əgər Mehriban Abasquliyeva sabah prosesdə iştirak etməsə onun barəsində həbs qətimkan tədbiri seçiləcək.

Növbəti məhkəmə prosesi iyunun 4-nə təyin edilib.

Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Medicina.az