Permdə universiteti gülləbaran edən gənc komadan AYILDI

  • 2021.10.06 15:02
  • 1108 Baxış
Permdə universiteti gülləbaran edən gənc komadan  AYILDI
Rusiyada Perm Dövlət Universitetinə silahlı hücum həyata keçirən Timur Bekmansurov komadan ayılıb.

Onun müalicə aldığı palatadan ilk fotosu ictimailəşdirilib.

İlkin məlumata görə, Timur Bekmansurov süni nəfəs aparatından ayrılıb, ezliklə müstəntiqlərin suallarını cavablandıracaq.

Xatırladaq ki, 18 yaşlı Timur Bekmansurov sentyabrın 20-də səhər saatlarında Perm Dövlət Universitetinin binasına daxil olaraq qarşısına çıxan insanları güllələməyə başlamışdı.

Hücumda altı nəfər dünyasını dəyişmişdi.