Peyvənd olunmayanlar koviddən öz hesabına müalicə olunacaq?

  • 2021.11.16 18:28
  • 1194 Baxış
Peyvənd olunmayanlar koviddən öz hesabına müalicə olunacaq?

“Koronavirus əleyhinə peyvənd olunmayanların öz hesabına müalicə alması ilə bağlı Azərbaycanda müzakirələr aparılmayıb”.

Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

O bildirib ki, bununla bağlı təklif ola bilər: “Amma hazırda Operativ Qərargah, həmçinin Səhiyyə Nazirliyində belə müzakirələr getmir”.