Peyvəndin əleyhinə olan həkim koviddən öldü

  • 2021.11.10 17:31
  • 2719 Baxış
Peyvəndin əleyhinə olan həkim koviddən öldü

Rusiyada məşhur həkim Yuri Popov koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, Çelyabinskdə öz klinikasını yaradan və peyvəndin əleyhinə olan həkim Yuri Popov koronavirus infeksiyasına yoluxduqdan sonra vəfat edib. Maraqlıdır ki, o oktyabrın 26-da dünyasını dəyişsə də bu barədə məlumat indi yayılıb.

- İndi bir çox insanlar bunun necə baş verdiyini, niyə özünü xilas edə bilmədiyini soruşur? Yuri Popov əsl homeopat və tədqiqatçı idi. O, bu naməlum xəstəliyə qalib gəlmək istəyirdi, lakin özünü müalicə etmək həmişə daha çətindir, - Popovun ölüm xəbərini yayan həmkarı Natalya Şekoldina sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, Yuri Popovun 59 yaşı var idi. Homeopatik Klinikanın baş həkimi koronavirus əleyhinə olan peyvəndlərə və maskaların məcburi taxılmasına qarşı çıxırdı.(azvision.az)