Kolumbiyada kosmetik əməliyyatdan sonra 52 yaşlı bir qadın izsiz yoxa çıxıb. CCTV kameraları onun maşına aparıldığını çəkib.
Medicina.az xəbər verir ki,yoxa çıxan 52 yaşlı Yulixa Konsuelo Tolosanın ölümü ilə bağlı istintaq aparılır. Prosedurdan altı gün sonra onun cəsədi ucqar bir ərazidə tapıldı.
13 mayda qadın lipoliz əməliyyatı keçirdiyi Beauty Laser ML klinikasında olub. Əməliyyatdan sonra Yuliksanın rəfiqəsi onu götürməyə gəlib, lakin işçilər xəstənin guya artıq getdiyini bildirdilər.
Müstəntiqlər daha sonra müşahidə kameralarının görüntülərini əldə etdilər. Görüntülərdə qadını maşına aparan iki kişi görünür. Şahidlərdən biri yerli mediaya bildirib ki, Yuliksa çox solğun, dodaqları və dərisi isə bənövşəyi rəngdə idi.
Videoda qeydə alınan avtomobil 18 mayda Venesuela sərhədinə yaxın Kukuta şəhərində tərk edilmiş vəziyyətdə tapılıb.
Elə həmin gün iki Venesuela vətəndaşı Jesús Hernández Morales və Kelvis Sequera Delqado həbs ediliblər.
Ertəsi gün Yuliksanın cəsədi Apulo kəndində tapılıb. Yerli medianın məlumatına görə, hüquq-mühafizə orqanları saxlanılan şübhəlilərdən məlumat aldıqdan sonra qadını tapa biliblər.
Daha sonra Venesuelada işlə bağlı daha üç nəfər həbs edilib. Şübhəlilər klinikanın sahibi Maria Fernanda Delqado Hernandez, onun partnyoru Edinson José Torres Sarmiento və müstəntiqlərin fikrincə, əməliyyatı həyata keçirən Eduardo David Ramosdur.
Boqota meri Karlos Fernando Qalan bildirib: "Bu, tibbi səhlənkarlıq deyildi - bu, qətl idi."
Mərhumun əmisi oğlu Moreliya Davila bildirib ki, Yuliksa plastik əməliyyat planları barədə ailəsinə məlumat verməyib.
Aygün Musayeva