Plastik oyuncaqların ölüm saçan təhlükəsi XƏBƏRDARLIQ

  • 2018.03.29 10:35
  • 12495 Baxış
Plastik oyuncaqların ölüm saçan təhlükəsi  XƏBƏRDARLIQ
Uşaqlara hamamda verilən plastik ördəklərdə ciddi xəstəliklərə yol açan göbələk və bakteriyaların olduğu ortaya çıxıb.


Medicina.az Moderator24.com-a istinadən xəbər verir ki, İsveçrədə elm adamlarının apardığı tədqiqatda oyuncaqların içində 5 ilə 75 milyon arasında bakteriya hüceyrəsi olub. Araşdırmaya görə isti və rütubətli hamam şəraiti mikrobların çoxalması üçün ideal şərait yaradır.

 

Həmçinin bu oyuncaqlar sıxıldığı zaman çölə çıxan çirkli suda potensial xəstəlik daşıyan bakteriyaların olduğu da məlum olub. Bu bakteriyaların fəsadları xüsusilə immun sistemi zəif olan insanlarda ölümcül ola bilər.

 


Tədqiqatçılar hamama bənzər bir şəraitdə 11 həftə ərzində oyuncaqlar üzərində təcrübələr aparıblar. Təcrübə məqsədi ilə oyuncaqlar çirkli suya, sabuna, tərə və sidiyə məruz qoyulub.

Eksperimentin bir hissəsi kimi uşaqlı ailələrdən hamamda istifadə olunan oyuncaqlar da toplanıb. Oyuncaqların içləri açılaraq laboratoriya şəraitində tədqiq edilib. Təhlil olunan 5 oyuncaqdan 4-də təhlükəli ola biləcək bakteriyaya rast gəlinib.

 

Sosial şəbəkələrdə "murdar ördək", "pis qəlbli ördək" adı altında paylaşılan fotoşəkillərdə oyuncaqların içinin tünd rəngli bir maddəylə örtülü olduğu görülüb.