Plastikdə olan ftalatlar sonsuqluq yaradır – Uşaq oyuncaqlarında da var

  • 2020.01.13 17:03
  • 2150 Baxış
Plastikdə olan ftalatlar sonsuqluq yaradır –  Uşaq oyuncaqlarında da var

ABŞ alimlər son zamanlar hər yerdə istifadə olunan plastik materialda olan ftalat maddənin kişi və qadın reproduktiv sistemini dağıtdığını sübut edib.


Medicina.az xəbər verir ki, plasmasa qatılan bu kimyəvi maddə molekulyar səviyyədə anomaliyalar yaradır

Ftalat, xüsusən DEHP 2 etilheksil rezin, rəng, plastik qab, butul, uşaq oyuncaqları, plyonka, plastik qablaşdırma və plastikdən olan istənilən məhsulun tərkibində var. Eləcə də plastik tibbi ləvazimatlar, xalça, yuyucu vasitələr, kosmetika, şampun və s. tərkibində olur.

Ftalatların zərəri çoxdan məlumdur, xüsusən sonsuzluq və anadangəlmə qüsurları artırdığı üçün Avropa və ABŞ-da uşaq əşyaları və oyuncaqlarında istifadəsi qadağan olunub.

Genetika üzrə professor Monika Kolyaykova apardığı elmi tədqiqatda Caenorhabditis elegans soxulcanı üzərində DEHP – ftalatının təsirini öyrənib. Məlum olub ki, o, cinsi hüceyrələrin bölünməsini pozur.

Bu DNT səviyyəsində xromosomların defektinə səbəb olur.


Baxmayaraq ki, soxulcana çox az miqdartda DEHP ilə təsir olunmuşdu, insan bundan qat-qat artıq çox ftolat qəbul edir.