Pop Kralı Maykl Cekson necə öldü? - 17 il keçsə də...

  • 2026.04.24 20:26
  • 298 Baxış
Pop Kralı Maykl Cekson necə öldü? -  17 il keçsə də...

Ölümündən 17 il keçməsinə baxmayaraq, atdığı hər addımı ilə dünyanı valeh edən Maykl Cekson, hekayəsinin böyük ekranda canlandırılması ilə yenidən diqqət mərkəzindədir.

Medicina.az xəbər verir ki, çoxdan gözlənilən "Maykl" filmi nümayiş olundu.

Maykl Ceksonun karyerasındakı bütün dönüş nöqtələrini əhatə edən film, son səhnəsi ilə bu sualı yenidən manşetlərə gətirdi: Pop Kralı necə və niyə öldü?

Pop musiqisi əfsanəsi Maykl Ceksonun ölümü qlobal müzakirə mövzusu olaraq qalır.

25 iyun 2009-cu ildə ABŞ-ın Los-Anceles şəhərindəki evində vəfat edən sənətçinin ölümünün təfərrüatları ictimaiyyətdə böyük ajiotaj yaratdı.



Rəsmi açıqlamalara görə, Ceksonun ölüm səbəbi güclü anestezik olan propofol və bəzi sakitləşdirici dərmanların kombinasiyasından qaynaqlanan zəhərlənmə kimi qeydə alınıb.

Hadisədən sonra aparılan istintaqda sənətçinin şəxsi həkimi Konrad Murrey məsuliyyət daşıyıb. Məhkəmə Murreyi "qəsdən adam öldürmə"də günahlandırıb və həbs cəzasına məhkum edib.

Los-Ancelesdəki bu ölüm təkcə musiqi dünyasını deyil, bütün dünyanı dərindən sarsıtdı. Ceksonun ölümündən sonra pərəstişkarları küçələrə axışdılar və sənətçinin əsərlərinə maraq eksponensial olaraq artdı.

Ölümündən qısa müddət əvvəl böyük bir geri dönüş turuna hazırlaşan əfsanəvi sənətçi üçün keçirilən anım mərasimi milyonlarla insan tərəfindən canlı izlənildi.

Aygün
Medicina.az