Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Populyar pəhrizlərin yaradıcısından arıqlamaq istəyənlərə yeni tövsiyələr

  • 2024.03.12 20:15
  • 1143 Baxış
Populyar pəhrizlərin yaradıcısından arıqlamaq istəyənlərə  yeni tövsiyələr
“5:2” və “Fast 800” pəhrizlərinin yaradıcısı, Dr. Maykl Mosli arıqlamaq istəyənlərə yeni məsləhətlər verib.

Medicina.az xəbər verir ki, məşhur ingilis həkim arıqlamaq üçün qidalanma rejiminə daxil edilməli olan qidaların adlarını açıqlayıb.

Moslinin beş sevimli tərəvəzi bunlardır: brokoli, ispanaq, gül kələm, xiyar və badımcan. Çünki bu tərəvəzlər bir sıra vacib vitaminlər, minerallar və fitokimyəvilər ehtiva edirlər. Bu tərəvəzlərin həzmə kömək etdiyi, xolesterini və 2-ci tip diabet riskini azaltdığı sübut olunub. Mosli iddia edir ki, onları istehlak edərkən kalori hesablamağa ehtiyac yoxdur.

Mosli zeytun yağının da bu baxımdan əhəmiyyətini vurğulayır. O, zeytun yağının oleik turşusu, Omeqa-3 yağ turşuları və polifenollar kimi antiinflamatuar birləşmələri ehtiva etdiyini, bu səbəblə də sağlamlıq üçün çox faydalı olduğunu diqqətə çatdırıb.

Zeytun yağının depressiya, bağırsaq xəstəlikləri zamanı təsirli olduğu, həmçinin ürək-damar xəstəlikləri riskini azaltdığı və təzyiqi aşağı saldığı bilinir.

2022-ci ildə Harvard Universitetində aparılan bir araşdırma, gündə yarım xörək qaşığından bir qədər çox zeytun yağı istehlak edən insanların, istehlak etməyənlərlə müqayisədə ölüm riskinin 19% daha az olduğunu müəyyən edib. Tədqiqatçılar kərə yağı, marqarin və mayonezi zeytun yağı ilə əvəz etməyi vacib hesab ediblər.

Mosli, həmçinin qatıq və süd istehlak edərkən tam yağlı olanlara üstünlük verməyi məsləhət görüb:

"Süd məhsulları Omeqa-3, yüksək səviyyəli zülal, B-12 vitamini və yod kimi daha çox vacib yağ turşularını ehtiva edir ki, bunların hamısı koqnitiv tənəzzülü ləngidir, narahatlıq və depressiyanı azaldır, enerji səviyyələrini nəzarətdə saxlayır və maddələr mübadiləsini sürətləndirir”.

Mosli badam, anakardiya, fındıq və püstə kimi çərəzləri; balıq, hinduşka, toyuq döşü və tofu kimi yağsız zülal mənbələrini də tövsiyə edib.

"Yağsız züllalla zəngin pəhrizin bir çox sağlamlıq faydaları var: aclığı azaldır, qan təzyiqini aşağı salır, çəkiyə nəzarət etməyə kömək edir, əzələ kütləsini və gücünü artırır. Eləcə də osteoporoz riski azalır. Çünki yağsız zülal sümük sağlamlığı üçün əla seçimdir”, - deyə Mosli qeyd edib.

Aysel