Poroşenko koronavirusa yoluxdu

  • 30 Sen 2020 10:28
  • 785 Baxış
Poroşenko koronavirusa yoluxdu

Ukraynanın sabiq prezidenti Petro Poroşenko koronavirusa yoluxduğunu və evdə müalicə aldığını açıqlayıb.

Medicina.az xəbər verir ki, 55 yaşlı siyasətçi bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb.

“COVID-19 testim müsbət çıxdı. Heç zamanım da olmadı. Bölgələrə səyahət etməyimə ara verəcəyim üçün çox təəssüflənirəm. Son altı ildə xəstəlikləri ayaq üstə keçirməyi öyrəşmişəm. Ancaq bu xəstəlik çox şiddətlidir. Ona görə bu gündən etibarən evdə müalicə olunacağam. Bütün ukraynalıları özünü qorumağa çağırıram”, - P. Poroşenko sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, son rəqəmlərə əsasən, Ukraynada 204 932 şəxsin COVID-19 infeksiyasına yoluxduğu aşkar edilib. 4 065 xəstə pandemiyanın qurbanı olub.