Prezidentin həyat yoldaşı yenidən kovidə yoluxdu

  • 2023.09.05 17:45
  • 1181 Baxış
Prezidentin həyat yoldaşı yenidən   kovidə yoluxdu


ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Jill Bayden koronavirusa yoluxub.

Bakupost.az xəbər verir ki, ABŞ-ın birinci xanımı Jill Bidenin bazar ertəsi verdiyi koronavirus test müsbət çıxıb.

Onun yüngül simptomlar göstərdiyi və Delaver ştatındakı evində istirahət edəcəyi bildirilib.

Həyat yoldaşının testinin müsbət çıxmasından sonra prezident Bayden də yoxlanılıb. Lakin nəticə mənfi olub.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bu həftə prezidentə mütəmadi olaraq test ediləcəyini və simptomlarına nəzarət ediləcəyini deyib.

Qeyd edək ki, 72 yaşlı Jill Bayden ötən ilin avqustunda koronavirusa yoluxmuşdu

80 yaşlı Co Bayden 2022-ci ilin sentyabrında koronavirus epidemiyasının "bitdiyini" elan etnişdi.
"Heç kim maska taxmır. Hamı yaxşı görünür. Vəziyyət dəyişir", - Bayden deyib.