Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Prezidentin köməkçisi koronavirusdan danışdı

  • 2020.02.24 11:54
  • 2743 Baxış
Prezidentin köməkçisi koronavirusdan danışdı

"Koronavirus məsələsi beynəlxalq gündəlikdə olan məsələdir. Azərbaycan bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini ciddi şəkildə araşdırır, öyrənir və lazımi tədbirlər görülür".

Medicina.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev koronavirus təhlükəsi ilə bağlı Azərbaycanın İranla sərhədləri bağlaması ehtimalına münasibət bildirərkən deyib.

H.Hacıyev vurğulayıb ki, Nazirlər Kabineti koronavirusla əlaqədar ilkin mərhələdə müzakirələr aparıb:

"Tədbirlər Planı hazırlanıb. Ölkəmiz tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülməkdədir. Azərbaycan vətəndaşlarının səfərlərinin məhdudlaşdırılması ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən müraciətlər olub".