Prostatit, cinsi zəiflik, kişi sonsuzluğuna qarşı təbii məcun

  • 2021.10.04 16:07
  • 4734 Baxış
Prostatit, cinsi zəiflik, kişi sonsuzluğuna qarşı  təbii məcun
Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır.

Antioksidantlar və sinklə zəngin olan balqabaq tumları kişi cinsiyyət sisteminə çox müsbət təsir edir - kişi cinsiyyət hormonlarının ifrazını və spermatozoidlərin hərəkətliliyini artırır, prostat vəzinə iltihabəleyhinə təsir edir, prostat vəzidə mübadilə proseslərini yaxşılaşdırır, prostat vəzi xərçənginin qarşısını alır.

Medicina.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, xalq təbabətində kişi sağlamlığını möhkəmləndirən bir çox reseptlər var. Onlardan biri balqabaq tumu ilə balın qarışığıdır.

Resept

Yarım kq təmizlənmiş balqabaq tumunu blenderdə əzin, 1 stəkan təbii bal əlavə edin, yaxşı qarışdırın.

Qarışıqdan hər səhər yeməkdən əvvəl 1 x.q. olmaqla qəbul etmək lazımdır. Bunu daim ildə 1 dəfə edin. /bakupost/