Psixoterapiya ağır depressiyanın müalicəsində faydasızdır – Alimlərdən ŞOK

  • 2022.06.09 17:49
  • 3361 Baxış
Psixoterapiya ağır depressiyanın müalicəsində faydasızdır  – Alimlərdən ŞOK


Psixoterapiya ağır depressiya xəstələrinin müalicəsində yetəri qədər effekt göstərmir. Xüsusən xəstə antidepressant qəbul edirsə, psixoterapiya mənasızdır.


Bakupost.az xəbər verir ki, bu qənaətə Budapeştdə Vena Tibb Universitetinin alimləri gəliblər.

Beynəlxalq tədqiqatçılar qrupu yeni elmi araşdırmada ağır depressiyada psixoterapiyanın rolunu təhlil edib.

Onlar 1279 böyük pasiyentin müalicə nəticələrini analiz ediblər. Onların hamısı antidepressant qəbul edib, 300 nəfəri isə yanaşı olaraq psixoterapiyadan keçib.

Pasiyentlərin çoxu gənc, ali təhsilli, işi olan insanlar idi.

Alimlər təkcə dərman qəbul edənlərlə psixoterapiyadan keçənlərin nəticələrini müqayisə edərkən, elə də ciddi fərq və üstünlük aşkarlamayıblar.


“Burda 2 vacib məqam var. Birincisi, əgər siz antidepressantla müalicə olunursuzsa, əlavə psixoterapiya müalicənin nəticələrinin tez və daha yaxşı olmasına gətirib çıxarmır. Sadəcə xəstənin subyektiv olaraq özünü yaxşı hiss etməsinə səbəb ola bilər.

Ağır depressiyadan əziyyət çəkən insanların sosial-demoqrafik xarakteristikasına psixoterapiya təsir edə bilər, amma burda da antidepressantların təsirini dana bilmərik. Yəni biz ağır depressiyadan müalicə alan xəstələrə hansının daha yaxşı təsir etdiyini dəqiq təyin edə bilmirik: dərman, yoxsa psixoterapiya? Amma biz pasiyent qrupları arasında ciddi fərq görmədik. Psixoterapiyadan keçməyənlərin də müalicə tempi və uğurları eyni idi” – deyə müəlliflər bildirib.


Aygün Musayeva