Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın həkim səhvinə görə başqasının uşağını doğdu

  • 2025.04.19 18:33
  • 858 Baxış
Qadın həkim səhvinə görə başqasının    uşağını doğdu

Avstraliyada bir qadın həkim səhvinə görə başqasının uşağını dünyaya gətirib. Klinika günahını etiraf edib və zərərçəkmişlərdən üzr istəyib.


“Medicina” xəbər verir ki, Avstraliyada Monash IVF mərkəzində bir qadına səhvən başqa bir müştərinin embrionu implantasiya edilib.


Səhv fevral ayında bir qadının qalan dondurulmuş embrionlarının başqa saxlama anbarına köçürülməsini istəməsindən sonra ortaya çıxıb.
Monash IVF icraçı direktoru Michael Knaap, mərkəzin təsirlənən iki ailəyə dəstək verdiyini söylədi və səhvə görə onlardan üzr istəyib.

O, həmçinin iddia edir ki, bu, təcrid olunmuş haldır və klinika müstəqil araşdırma təşkil edib.


ABŞ-da qadın həkimlərin səhvi ucbatından başqasının uşağını dünyaya gətirmişdi.


Aygün Musayeva