Qadın kapron corabları koronavirusdan qoruyur - Yeni metod

  • 2022.02.23 15:25
  • 3096 Baxış
Qadın kapron corabları koronavirusdan qoruyur -  Yeni metod
Koronavirusa qarşı qadın corabları 7 dəfə daha çox qorunma vəd edir.


Medicina..az xəbər verir ki, İngiltərədəki Kembric Universitetinin tədqiqatçıları internetdə yayılan məşhur maska “hack”lərini araşdırıb, təcrübə aparıblar.

Tədqiqat çərçivəsində qulaqlıqların lentlə düyünlənməsi, rezin bantlardan istifadə edilməsi, kənarlarda yaranan boşluqların müxtəlif materiallarla bağlanması, maskanın qadın corabları və ya üzü örtən parça ilə istifadəsi kimi üsullar araşdırılıb.

Bu üsullar arasında ən təsirlisi isə "kapron" corab olub.

Tədsqiqatçılar bildirirlər ki, bu üsullar müdafiəni artırsa da, onların istifadəsi narahatdır.