Qadın sağlamlığına gizli təsir edən təhlükə: Ağır metallar-VİDEO

  • 2026.05.20 12:13
  • 115 Baxış
Qadın sağlamlığına  gizli təsir edən təhlükə:  Ağır metallar-VİDEO

Son illərdə qadın sağlamlığı ilə bağlı aparılan araşdırmalarda diqqət çəkən mövzulardan biri də ağır metallarla yüklənmənin orqanizmə təsiridir. Bir çox insan ağır metalları yalnız sənaye və ekologiya problemi kimi qəbul etsə də, mütəxəssislər bunun gündəlik həyatla birbaşa əlaqəli olduğunu bildirirlər.


Medicina.az xəbər verir ki, müasir insan hər gün fərqində olmadan müxtəlif toksik maddələrlə təmasda olur. Havanın çirklənməsi, keyfiyyətsiz su, emal olunmuş qidalar, plastik qablar, bəzi kosmetik vasitələr və məişətdə istifadə olunan kimyəvi məhsullar orqanizmdə toksik yüklənməyə səbəb ola bilər. Ən təhlükəli məqamlardan biri isə bu maddələrin illərlə bədəndə toplanaraq gizli şəkildə təsir göstərməsidir.


Mütəxəssislərin fikrincə, ağır metallar hormonal sistemə təsir edərək qadın sağlamlığında müxtəlif problemlər yarada bilər:


• menstrual siklin pozulması
• xroniki yorğunluq və yuxu problemləri
• saç tökülməsi və dəri dəyişiklikləri
• sonsuzluq və reproduktiv problemlər
• Polikistik Over Sindromu (PKOS) və endometrioz riskinin artması
• hormonal balanssızlıq və metabolik dəyişikliklər
Araşdırmalar göstərir ki, bəzi qadınlarda illərlə davam edən və səbəbi tam aydın olmayan şikayətlərin arxasında məhz toksik yüklənmə dayanır. Problem ondadır ki, bu əlamətlər çox zaman stress, yaş və ya hormonal dəyişiklik kimi qiymətləndirilir, nəticədə əsas səbəb diqqətdən kənarda qalır.


İnteqrativ Tibb yanaşması isə problemi daha geniş şəkildə qiymətləndirərək yalnız simptomları deyil, orqanizmdə balansı pozan faktorları araşdırmağa çalışır. Düzgün diaqnostika, həyat tərzi dəyişiklikləri və fərdi yanaşma ilə qadın sağlamlığını dəstəkləmək mümkündür.



ORQANİZMDƏ AĞIR METAL YÜKLƏNMƏSİNİ NECƏ MÜƏYYƏN ETMƏK OLAR?


“SO CHECK” orqanizmdə ağır metal yükü, mineral balansı və bəzi sağlamlıq göstəricilərinin qiymətləndirilməsi üçün istifadə olunan müasir müayinə üsullarından biridir. Bu müayinə vasitəsilə bədəndə toksik yüklənmənin və oksidativ stresin səviyyəsi, mineral-mikroelement və vitaminlərin toxumada faizi, şəkərə gizli meyillik, metabolik yüklənmə, fermentativ status, qaraciyərin detoks funksiyası və s. daha erkən mərhələdə müəyyən edilə bilər. Erkən diaqnostika isə gələcəkdə daha ciddi problemlərin qarşısını almaqda mühüm rol oynaya bilər.

Sağlamlığınızın verdiyi siqnalları gözardı etməyin!
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89