Qadının mədəsindən 14 sm-lik çay qaşığı çıxardılar

  • 2018.03.23 18:05
  • 13003 Baxış
Qadının mədəsindən 14 sm-lik çay qaşığı çıxardılar
Tomsk şəhərində gənc qızın mədəsindən  14 sm-lik çay qaşığı çıxardılar. Təsadüfən çay qaşığını udan 22 yaşlı qız klinikaya çatdırılanda vəziyyəti ağır idi. 

Cərrahlar ilk öncə əməliyyatsız metodu sınayıb.


" Biz endoskopik texnikanın köməyi ilə çox çətin texniki metodlarla çay qaşığını mədədən çıxarmağı sınadıq. Pasiyentə sedasiya olunaraq yatızdırılıb və ağrıkəsiçilər vurulub. Neinvaziv əməliyyat zamanı videoendoskopla qida borusundan keçərək, xüsusi petlə ilə yad cisim yuxarı doğru çəkilərək çıxarılıb”- deyə həkim Valeriy Şıxov bildirib. 


Çay qaşığını mədədən qida borusuna keçiddən keçirmək olduqca çətin idi. Bİr neçə cəhddən sonra çətin texniki gedişlə düz çay qaşığı bir qədər əyri keçiddən keçirilib. 


Əgər bu metod alınmasaydı, o zaman açıq cərrahi əməliyyat qaçılmaz idi. Həkim cərrahlar neçə illik təcrübələri boyu ilk dəfə idi mədədən bu uzunluqda yad cisim çıxarırdılar. Daha çox psixi problemləri olan insanlarda belə hallar baş verir, onlar böyük cisimləri ağızlarına salaraq udurlar. Lakin tam normal və sağlam insanlar da belə qəzalardan sığortalanmayıb.