Türkiyədə qadının qarnından 6 kiloqramlıq kütlə çıxarılıb.
Medicina.az xəbər verir ki, Amasyanın Taşova rayonunda yaşayan 60 yaşlı Hanım Doğan qarnında böyüyən şişkinlik hiss edib.
Daha sonra Amasiya Universiteti Sabuncuoğlu Şerefeddin Təlim və Araşdırma Xəstəxanasında müalicə alıb.
Müayinələr zamanı qarnının içini əhatə edən kist aşkar edilib və əməliyyat qərarı verilib.
Ginekoloq Prof. Dr. Osman Fadıl Kara və komandası tərəfindən aparılan uğurlu əməliyyatda qadının qarnından 6 kiloqramlıq kütlə çıxarılın.
Sağalan Doğan, "Heç bir ağrım yox idi. Yalnız qarnımda şişkinlik hiss etdim. Əməliyyat zamanı bu kütlə qarnımdan çıxarıldı", deyib.
Yumurtalıqlarda və ya uşaqlıqda kistlərin gec aşkarlanmasının həyati risklər yaratdığını bildirən Prof. Dr. Kara, "Yumurtalıq kistaları qarın boşluğunda böyüdükləri üçün gec aşkar edilir. Biz buna "səssiz təhlükə" deyirik. Xəstəmiz şanslı idi. Bədənə yayılmamış bir şişlə qarşılaşdıq. Erkən diaqnoz həyatları xilas edir", deyə əlavə edib.
Aygün
Medicina.az