Qadınlar koronavirusdan tamamilə sağalmır - ALİMLƏR

  • 26 Apr 2022 16:30
  • 868 Baxış
Qadınlar koronavirusdan tamamilə sağalmır   - ALİMLƏR


Lester Universitetinin alimləri qadınların koronavirusdan tam sağalma ehtimalının 33% daha az olduğunu müəyyən ediblər.

Medicina.az xəbər verir ki, müvafiq tədqiqat “The Lancet Respiratory Medicine” jurnalında dərc olunub.

Mütəxəssislər klinikalarda COVID-19-dan müalicə olunan 2320 nəfərin məlumatlarını təhlil ediblər. Onların vəziyyəti xəstəxanadan buraxıldıqdan dərhal sonra, 5 ay və 1 ildən sonra qiymətləndirilib. Tədqiqat nəticəsində məlum olub ki, 6 aydan az müddətdə xəstələnənlərin yalnız dörddə biri özünü infeksiyadan əvvəlki kimi hiss etməyə başlayır. 1 il sonra onların sayı bir qədər artıb - 28,9%.

Bildirilib ki, qadınlarda tam sağalma ehtimalı 33% aşağıdır. Obez insanlar iki dəfə, süni nəfəs aparatına ehtiyacı olanlar isə 58% daha az.

“Effektiv müalicə olmadan uzanan COVID-19 çox yayılmış yeni uzunmüddətli vəziyyətə çevrilə bilər”, - ingilis həkimləri qeyd edib. /publika.az/