Qadınlara hüquqi və psixoloji yardım - FOTO

  • 2023.03.18 22:58
  • 2055 Baxış
Qadınlara hüquqi və psixoloji yardım - FOTO
"Qadına Dəstək Mərkəzi" Zığ qəsəbəsində qadınlara hüquqi və psixoloji yardım göstərilib




"Səhiyyə və Sağlam Həyat İctimai Birliyi "Sağlam Gələcək Naminə" QHT Koalisiyasi ilə birgə Azərbaycan Respublikasi Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 18 mart 2023-cü ildə "Sağlam Qadın Sağlam Cəmiyyətin Təməlidir" layihəsi çərçivəsində yaratdığı "Qadına Dəstək Mərkəzi"nin qadınlarla növbəti görüşünü Zığ Qəsəbə Mədəniyyət evində keçirib.


Görüşdə vəkil Səadət Abdullazədi xanımlara hüquqi, psixoloq Günay Qasımova isə psixoloji yardım göstəriblər.

"Sağlam Gələcəyi Naminə" QHT Koalisiyasının sədri Nərminə Qəribova müraciət edən xanimları dəyirmi masa ətrafına toplayaraq "Qadına Dəstək Mərkəzi"nin fəaliyyəti haqqında ətraflı məlumatlandırıb.


İştirakçılarla qarşılıqlı müzakirə şəklində məişət zorakılıgı və vəziyyətdən çıxış yolları haqqında ətraflı məlumat verilib.

Xanımlara daha rahat mühitin yaradılmasi məqsədi ilə müzakirələr çay süfrəsi ətrafında davam etdirilib.

Qadınlara hüquqi və psixoloji yardım - FOTO
Qadınlara hüquqi və psixoloji yardım - FOTO
Qadınlara hüquqi və psixoloji yardım - FOTO
Qadınlara hüquqi və psixoloji yardım - FOTO