Qadınlarda diqqət! – Bel və çanaqda ağrı varsa, dərindən yoxlanın

  • 2025.11.25 17:09
  • 173 Baxış
Qadınlarda diqqət!  – Bel və çanaqda ağrı varsa, dərindən yoxlanın

Bel və çanaq ağrısı ginekoloji xərçəngin əlaməti ola bilər.

“Medicina” xəbər verir ki, mama-ginekoloq Elizaveta Komarova xəbərdarlıq edib.

Ginekoloji xərçəng qadın reproduktiv sistemində başlayan bütün növ şişlərə aiddir. Bunlara yumurtalıq xərçəngi, servikal xərçəng, vulva xərçəngi və digərləri daxildir. Hər hansı bir xəstəlikdə olduğu kimi, simptomları nə qədər tez aşkar etsəniz, bir o qədər tez sağala bilərsiz.

Mütəxəssisin sözlərinə görə, bədənimizdəki bəzi zərərsiz ağrılar və dəyişikliklər daha ciddi bir şeyin əlaməti ola bilər.

"Bel və çanaq nahiyəsində ağrı və ya təzyiq" ginekoloji xərçəngin əlamətləridir. Bir çox qadında erkən xəbərdarlıq əlamətləri var."

O, digər əlamətləri aşağıdakı kimi sadaladı:

Yeməkdən dərhal sonra şişkinlik və toxluq hissi

Aybaşılar arasında, postmenopozal və cinsi əlaqədən sonra ləkə/qanaxmanın baş verməsi
Sidik ifrazı zamanı ağrı və təzyiq
Vulvanın qaşınması, yanması, ağrısı, şişkinliyi və ya həssaslığı
Qeyri-adi dərəcədə çox axıntı


"Testin aşkar edə biləcəyi yeganə ginekoloji xərçəng servikal xərçəngdir; digər dörd ginekoloji xərçəngdən heç birini aşkar edə bilmir. Testdən keçmək üçün simptomlarınızın olması vacib deyil. Heç bir narahatlığınız olmasa belə, qadınların müntəzəm servikal müayinədən keçməsi olduqca vacibdir".

Aygün Musayeva