Tiroid vəzi boğaz nahiyəsində, nəfəs borusunun qarşısında y kiçik bir vəzidir. Onun əsas funksiyalarından biri bədənin maddələr mübadiləsini, yəni qidanın enerjiyə çevrilməsi prosesini tənzimləməyə kömək edən hormonlar istehsal etməkdir.
Tiroid xərçəngi tiroid vəzində inkişaf edir. Buna görə də xəstəliyin ən çox görülən simptomları, məsələn, şişkinlik və ya udma çətinliyi, boyuna və boğaza təsir göstərir.
Medicina.az xəbər verir ki, bəzi hallarda tiroid xərçəngi bədənin digər hissələrində daha çox "qeyri-adi" simptomlara səbəb ola bilər.
"Xəstəliyin daha az rast gəlinən iki xəbərdarlıq əlaməti var. Bunlar medulyar tiroid xərçəngi adlanan nadir bir xərçəng forması varsa meydana gəlir."
Medullyar tiroid xərçəngi olan xəstələrdə xərçəng hüceyrələri tərəfindən istehsal olunan kalsitonin hormonunun səviyyəsinin yüksəlməsi müşahidə oluna bilər.
Nəticədə, onlar aşağıdakılarla qarşılaşa bilərlər:
İshal
Üzün qızarması (və ya üzdə qızartı ləkələri)
Tiroid xərçənginin digər daha az rast gəlinən simptomlarına öskürək və çəki itkisi daxildir.
Bu simptomların olması mütləq tiroid xərçəngi olduğunuz anlamına gəlmir. Lakin onları ilkin tibbi yardım həkiminiz tərəfindən yoxlatdırmaq vacibdir.
"Əgər bunlar xərçəngdən qaynaqlanırsa, erkən aşkarlanması müalicənin daha asan olması demək ola bilər."
Tiroid vəzinin yerləşməsinə görə xəstəliyin ən çox görülən əlamətləri boyun və ya boğazdadır.
Bunlara daxildir:
Boyun ön hissəsində, aşağı hissəsində şişkinlik
Səs xırıltısı
Boğaz ağrısı
Udmaqda və ya nəfəs almaqda çətinlik
Boyun ön hissəsində ağrı və ya boyuna təzyiq hissi.
Aygün Musayeva