Qan xərçəngi: Leykemiya və limfomanın əlamətləri

  • 2023.05.05 20:26
  • 3184 Baxış
Qan xərçəngi: Leykemiya və limfomanın  əlamətləri
Yuxu zamanı hiperhidroz, yəni aşırı tərləmə leykemiya və limfoma əlaməti ola bilər.

“Medicina” xəbər verir ki, Britaniyalı həkim Debora Linin sözlərinə görə, gecə hiperhidrozu onkoloji xəstəliklər üçün xarakterikdir.

Bəzi hallarda bu simptom leykemiya - qan xərçəngi və limfoma - limfa sisteminin xərçəngi kimi ciddi xəstəlikləri göstərə bilər.

“Yuxu zamanı tərləmə bədəndə bədxassəli şişlərin böyüməsindən daha az təhlükəli prosesləri də göstərə bilər. Bununla belə, onun baş verməsi "qırmızı bayraq", yəni siqnaldır.

Gecə bədxassəli hüceyrələrin çoxalma və böyüməsində xüsusilə aktiv ola biləcəyi dövrdür. Yatan bir insanın tərləməsi güclü olarsa, nəm baş, yataq dəsti və ya paltarım təsirindən oyanırsa, buna məhəl qoymamaq olmaz.

Xərçəng zamanı hiperhidrozla yanaşı, qızdırma, yorğunluq, dəri qaşınması da müşahidə oluna bilər.

Gecə tərləmələri gecə bir dəfədən çox baş verərsə və bir neçə həftə davam edərsə, mütləq onkoloq müayinəsi olmalıdır.

Günay Quluzadə