Qanaxmadan ölən hamilənin ailəsi "Təcili yardıma 45 dəfə zəng etdik, 2 saata gəldilər"

  • 2022.12.02 16:33
  • 2214 Baxış
Qanaxmadan ölən hamilənin ailəsi   "Təcili yardıma 45 dəfə zəng etdik, 2 saata gəldilər"

Bakıda evdə hamiləlik qanaxmasından vəfat edın qadının qohumları danışıblar.

Qohumların sözlərinə görə, dəfələrlə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma zəng etsələrdə onlar ünvana vaxtında çatmayıblar:

“Təcili yardıma 45 dəfə zəng vuruldu. 2 saat sonra gəldilər. Gəlirik dedilər, amma gəlmədilər”.


Bildirilib ki, tibbi briqada saat 04:11-də ünvana çatdıqda həkiməqədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.