"AstraZeneca" ilə bağlı Avropa Dərman Agentliyindən açıqlama: Qanda tromb yaradır

  • 2021.04.06 14:46
  • 1545 Baxış
 "AstraZeneca" ilə bağlı Avropa Dərman Agentliyindən açıqlama:  Qanda tromb yaradır
Avropa Dərman Agentliyi "AstraZeneca" şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

Medicina.az -ın xəbərinə görə, Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğunu açıqlayıb.

Qeyd edək ki, İngiltərədə "Oxford-AstraZeneca" vaksini vurulan 18,1 milyon insandan 30 nəfərinin qanında tromb yarandığı bildirilmişdi. İngiltərə Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Qurumu 30 nəfərdən 7-nin martın 24-də öldüyünü açıqlamışdı.

Xatırladaq ki, Niderland "AstraZeneca" vaksinindən istifadəni tamamilə dayandırdığını açıqlayıb.