Qanın ümumi analizi xərçəngi göstərirmi? - Ən asan təhlil

  • 21 Sen 2020 17:16
  • 8591 Baxış
Qanın ümumi analizi xərçəngi göstərirmi?  - Ən asan təhlil

Qanın ümumi analizi ən ucuzu, ən asanı və savadlı həkim üçün xəstənin şəxsiyyət vəsiqəsi kimidir.

Çox oxucular soruşur ki, qanın təkcə ümumi analizi ciddi xəstəlikləri, xüsusən şişlərin olub-olmamasını göstərə bilərmi və bunu necə bilək?

Medicina.az xəbər verir ki, bəli, bu mümkündür. Düzdür, qanın ümumi analizini həkimdən başqası düzgün dəqiq təhlil edə bilməz. Amma yenə də bəzi məqamlar xəstəyə çox şeyi bəlli edir.


- Qanın ümumi analizində əsas leykositlərin səviyyəsinə baxılır. Məhz bu qan hüceyrələri infeksiya və mikrobla mübarizə aparır. Əgər onlar normadan yüksək çıxıbsa, deməli orqanizm iltihabi, virus və ya bakterial bir xəstəliklə mübarizə aparır. O xəstəliyin harda olmasını isə terapevt təyin edəcək

- Neytrofillər – mikrob və bakteriyaları udur. Leykositlərə kömək edir. Yüksək olması ciddi iltihaba işarədir. Xüsusən kəskin appendisit, hər hansı daxili iltihabda kəskin artır.

- Eozinofillər – allergiya, qurd, parazitlərə işarədir. Yüksəkdirsə, bundan şübhələnmək olar.

- Hemoqlobin – azdırsa, deməli qanazlığı, dəmir defisiti var. İnsanın yorğun, halsız, bənizi ağ, gözünün altı tünd, ürək ritmi artıbsa, mütləq qanda hemoqlobin az çıxacaq. Normadan aşağı yəni 120 minimum həddir. 120 –dən aşağı rəqəm qanazlığıdır və buna keçəcək deyə yanaşmaq olmaz.

- Eritrositlər – azalıbsa deməli anemiya var. Əgər artıbsa, çox yüksəkdirsə ciddi zəhərlənmə, bədənin toksinləşməsi, ürək-damar xəstəlikləri ola bilər

- Trombositlər – qanın laxtalanmasına cavabdehdir. Yüksəlibsə qan çox qatıdır və tromb yaranır və ya yaranacaq. Azalıbsa qan həddən artıq durudur, damardaxili qanaxma, qansızma ola bilər. Eləcə də bu göstəricilər xəstə hər hansı dərmanlar, qandurulaşdırıcılar qəbul edəndə dəyişir.

- Eritrositlərin çökmə sürəti – EÇS (ROE) deyilən göstərici əsas məsələni göstərir. Normadan yuxarı çıxma bədəndə ciddi iltihabi proses, irin, hər hansı kist və onkoloji prosesə işarədir. Adətən göstərici 100-ə yaxın və ya ondan çox olanda onkoloji şübhə araşdırılır

Ən müxtəlif və dəqiq qan analizlərini Medi Plus klinikasının laboratoriyasında verə bilərsiz
Medicina.az oxucuları üçün 20% endirim

Ünvan: Yasamal rayonu, Mirəli Seyidov 10, “Musabəyov” Parkının, ASAN Xidmətin yaxınlığı
Tel: (012) 434 59 36; (055) 252 45 94