Qara kömür hər adama xeyirli deyil – Təhlükələri

  • 2023.06.21 21:12
  • 5455 Baxış
Qara kömür hər adama xeyirli deyil  –  Təhlükələri
Aktivləşdirilmiş kömür pereparatı tez-tez həzm problemlərindən dəri səpkilərinə qədər bir sıra pozğunluqlara dərhal kömək edən super bir vasitə kimi təqdim olunur.


“Medicina” xəbər verir ki, London Kral Kollecinin diyetoloqu Sofiya Medlinin sözlərinə görə, aktivləşdirilmiş kömürün uducu xüsusiyyəti onu orqanizmi vacib qida maddələrindən məhrum edən dərmana çevirir.

Kömür vitaminləri, mineralları və antioksidantları udur. Nəticədə, faydalı qidalar orqanizm tərəfindən sovrulmaq əvəzinə, karbon hissəciklərinə “yapışır” və zərərli maddələrlə eyni şəkildə daşınır.

Dərman qəbul edərkən aktivləşdirilmiş kömür qəbul etmək də təhlükəlidir. Onları udan kömürə görə dərmanların sadəcə bədənə təsir göstərməyə vaxtı yoxdur , nəticədə müalicə effektsiz olacaq.

Bu vəziyyətdə həzm sisteminə zərər vermə riski artır - bağırsaqlar dayana bilər, ürəkbulanma və qəbizlik baş verir.
Aktivləşdirilmiş kömür zərərli maddələrdən xilas olmaq üçün əla bir yol kimi qiymətləndirilir. Belə kömür yalnız toksinlərin orqanizmə yeni daxil olması zamanı istifadə oluna bilər.

Dünən gecə yeyilən köhnə qidadan kömürlə təmizlənmə cəhdləri mənasızdır.

Aynurə Məmmədova