Qara zirə yağının 8 əsas faydası – Radiasiyadan qoruyur?

  • 2026.06.10 18:42
  • 102 Baxış
Qara zirə yağının 8 əsas faydası  – Radiasiyadan qoruyur?


Nigella sativa və ya qara zirə, çoxsaylı sağlamlıq faydaları ilə qədimdən tanınan güclü bir əlavədir.


Medicina.az xəbər verir ki, diyetoloq İqor Strokov bu yağın 8 bilmədiyimiz faydalarını açıqlayıb.

1) Radiasiya zərərinin qarşısını alır:

"Qara zirə yağı və onun aktiv komponenti olan timoxinon, radiasiya ilə əlaqəli nitrozativ stressdən zədələnmiş beyin toxuması ətrafında qoruyucu bir "qalxan" yarada bilər".

2) Ürək tutması zamanı qoruyur

Nigella sativa-dan əldə edilən timoxinon ekstraktı ürək tutması zamanı zədələnmədən qoruya bilər.

3) Böyrək zədələnməsinin qarşısını alır

Timoxinon ekstraktı diabetik nefropatiyadan qoruya bilər.

4) Alzheimer - neyrotoksikliyin qarşısını alır

Qara zirə toxumlarından alınan timoxinon ekstraktı diabetik hüceyrələrdə neyrotoksikliyin və A-beta-1-40-induksiyalı apoptozun qarşısını ala bilər.

5) Döş xərçənginin böyüməsini ləngidir

Qara zirə ekstraktının qəbulu şiş böyüməsini maneə törədə və döş xərçəngi xəstələrində proqramlaşdırılmış hüceyrə ölümünə (apoptoz) səbəb ola bilər.

6) Psoriaz əleyhinə xüsusiyyətlər nümayiş etdirir

Nigella sativa toxumlarının etanol ekstraktı qədim ənənəvi tibbdə də istifadə edilən psoriazı geri qaytara bilər.

7) Parkinsonun qarşısını alır

"Timoxinon ekstraktı becərilən neyronları Parkinson xəstəliyi və demans xəstələrinin beynində müşahidə edilən bir növ patoloji olan alfa-SN-induksiyalı sinaptik toksiklikdən qorumağa kömək edə bilər."

8) Diabet patologiyalarının qarşısını alır

Qara zirənin az dozada sulu-spirtli ekstraktı qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edə bilər və eyni zamanda mədəaltı vəzi adacıqlarının bərpasına faydalı təsir göstərir ki, bu da onun diabetin müalicəsində yüksək terapevtik dəyərini göstərir.

Aygün Musayeva